ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoffun Qəzzanın yenidən qurulması üçün 112 milyard dollarlıq plan hazırladığı bildirilir.
Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. “Project Sunrise” adlandırılan plan Kuşner və Uitkoffun rəhbərliyi altında hazırlanıb. Ağ Evin yüksək vəzifəli rəsmilərinin də daxil olduğu komanda Qəzzanın gələcəyi ilə bağlı 32 səhifəlik “PowerPoint” təqdimatı hazırlayıb. Təqdimatda sahil boyunca ucalan göydələnlərin şəkilləri, xərc cədvəlləri və investisiya proqnozları yer alıb.
Plana əsasən, Rəfah şəhəri Qəzzanın "yeni inzibati mərkəzi" kimi nəzərdə tutulub. Tikinti layihəsi Qəzza zolağının cənubundakı Rəfah və Xan Yunis şəhərlərində başlayacaq və Qəzza şəhərində başa çatacaq.
Təxminən 2 milyon məcburi köçkün fələstinlinin yenidənqurma prosesi zamanı harada yaşayacağı barədə ətraflı məlumat verilmir.