Tayvanın şərq sahilindəki Hualien əyalətinin sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.Metbuat.azxəbər verir ki, bu haqda Mərkəzi Meteorologiya Bürosu (CWA) açıqlama yayıb. Zəlzələnin Hualien şəhər mərkəzindən 18,3 kilometr şimal-şərqdə, 31,6 kilometr dərinlikdə qeydə alındığı bildirilib.
Hələlik tələfat və dağıntılar barədə məlumat verilməyib.