Almaniyanın "Volfsburq" klubunun baş məşqçisi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, vakant posta Daniel Bauer təyin edilib.
Məlumatı klubun mətbuat xidməti yayıb. 43 yaşlı mütəxəssislə müqavilənin müddəti 2027-ci ilin yayına qədərdir.
Bauer noyabr ayından bəri - Pol Simonisin vəzifəsindən kənarlaşdırılmasından sonra komandanın müvəqqəti baş məşqçisi vəzifəsini icra edirdi.
"Volfsburq" 2025/26 mövsümündə Bundesliqada 15 oyundan 15 xal toplayıb və hazırda turnir cədvəlində 14-cü yerdədir.