AZ

"Fənərbaxça"da ciddi itki: Talişka zədələnib

“Fənərbaxça” klubunun futbolçusu Anderson Talişka zədələnib.

Apasport.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi dünən keçirilən “Eyüpspor”la oyunda xəsarət alıb.

Qarşılaşmadan sonra futbolçu bu gün MRT müayinəsindən keçib.

Aparılan müayinələr nəticəsində Talişkanın sağ ayağının alt əzələsində gərginlik və qanaxma aşkarlanıb. Klubun tibbi heyəti tərəfindən oyunçunun müalicəsinə başlanıldığı bildirilib.

Futbolçunun meydanlara qayıdış vaxtı ilə bağlı hələlik dəqiq məlumat verilməyib.

"Arsenal" 3 xalı 1 qolla qazanıb

“Real Madrid”dən növbəti qələbə

“Yuventus” “Roma”nı məğlub etdi

“Real Sosyedad”ın yeni baş məşqçisi bəlli olub

Fransadan qovulan baş məşqçi La Liqa klubunda

Seçilən
32
apasport.az

1Mənbələr