AZ

“Fənərbağça”ya “Beşiktaş”la derbi öncəsi ağır itki

BAKI, 21 dekabr. TELEQRAF

“Fənərbağça”nın Türkiyə Super Liqasının XVII turunda “Eyüpspor”la matçda zədələnən ulduzu Anderson Taliscanın durumuna aydınlıq gəlib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, MRT müayinəsindən sonra 31 yaşlı braziliyalı futbolçunun sağ bud alt əzələsində gərilmə və qanama aşkarlanıb.

Matçın 66-cı dəqiəsində sıradan çəxaraq Oğuz Ağdınla əvəzlənən oyunçunun müalicəsinə başlanılıb. Onun dekabrın 23-də kubokda “Beşiktaş”la keçiriləcək derbide iştirak etməyəcəyi ehtimal edilir.

Qeyd edək ki, “Eyübspor” - “Fənərbağça” matçı qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatlb.

Seçilən
64
teleqraf.com

1Mənbələr