AZ

Mikel Arteta: “Deklan Rays bizim üçün nəhəng fiqurdur”

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Mikel Arteta komandanın yarımmüdafiəçisi Deklan Raysın çıxışını yüksək qiymətləndirib.

İdman.Biz xəbər verir ki, ispan mütəxəssis futbolçunun həm oyun keyfiyyəti, həm də meydandakı liderliyinin komanda üçün həlledici olduğunu bildirib.

Arteta Raysın universal oyununu xüsusi qeyd edib:

“Deklan Rays inanılmazdır. Onun ümumi oyunu, meydandakı liderliyi, geri qazandığı topların sayı bizə oyunu sürətləndirməyə imkan verir”.

“Arsenal”ın çalışdırıcısı yarımmüdafiəçinin mövsüm ərzində sabit performans göstərdiyini də vurğulayıb:

“O, bu il də inanılmaz dərəcədə stabil çıxış edir. Deklan bizim üçün həqiqətən çox böyük futbolçudur”.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
1
icma.az

2Mənbələr