AZ

Mərkəzi Asiya liderlərinə Sülh Mükafatı veriləcək

Qırğızıstan, Tacikistan və Özbəkistan prezidentləri — Sadır Japarov, Emoməli Rəhmon və Şavkat Mirziyoyev — Sankt-Peterburqda Beynəlxalq Sülh Mükafatına layiq görüləcəklər.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Onun sözlərinə görə, bu gün mühüm bir hadisə baş tutacaq və üç ölkənin prezidentinə Sülh Mükafatı olan Tolstoy Mükafatı təqdim ediləcək.

Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin dekabrın 21-də Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcəyi açıqlanmışdı. Bundan əlavə, Rusiya liderinin təşəbbüsü ilə MDB dövlət başçılarının ənənəvi qeyri-rəsmi görüşü dekabrın 22-də Sankt-Peterburqda keçiriləcək.

Peskovun sözlərinə görə, MDB-nin qeyri-rəsmi sammitində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştirak edəcəklər.

Eyni zamanda Belarus Prezidenti Aleksandr Lukaşenkonun da 21–22 dekabr tarixlərində Sankt-Peterburqa səfəri planlaşdırılır.

DOĞRU.AZ

Seçilən
65
1
dogru.az

2Mənbələr