AZ

İsrail İrana yeni zərbələr endirmək niyyətindədir

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Zərbələrin Netanyahu ilə Tramp arasında üzbəüz görüş zamanı razılaşdırılacağı gözlənilir

İsrail Vaşinqtonu İran hədəflərinə hücum etmək niyyəti barədə məlumatlandırmağı və bundan sonra zərbələr endirməyi planlaşdırır. AYNA.AZ xəbər verir ki, bu barədə “NBC News” öz mənbələrinə istinadən məlumat yayıb.

Keçmiş ABŞ rəsmiləri bu planların həqiqiliyini yayımçıya təsdiqləyiblər. Zərbələrin İsrailin Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında üzbəüz görüş zamanı razılaşdırılacağı gözlənilir.

"Mənbələrə görə, bu görüşdə Netanyahunun Trampı İranın ballistik raket proqramını genişləndirməsinin təcili tədbirlər tələb edə biləcək təhlükə yaratdığına inandıracağı gözlənilir", - deyə məqalədə qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
48
ayna.az

1Mənbələr