AZ

Gəncədə maşınlar toqquşdu - Xəsarət alanlar var

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Çinarə Hüseynova və 1992-ci il təvəllüdlü Habil Mustafayev müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
18
12
redaktor.az

10Mənbələr