AZ

Cevdet Yılmaz Bakıya gəlir

Lent az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Dekabrın 22-23-də Bakıda Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası keçiriləcək.

Lent.az-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti iclasda iştirak etmək üçün Azərbaycana səfər edəcək.

Toplantıya Azərbaycan tərəfdən Baş nazir Əli Əsədov, Türkiyə tərəfdən Cevdet Yılmaz sədrlik edəcək.

İclasda iki ölkə prezidentləri tərəfindən müəyyən edilmiş 15 milyard dollarlıq ticarət hədəfi və ticarətin asanlaşdırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Komissiyanın iclası ilə yanaşı, Bakıda II Azərbaycan-Türkiyə İnvestisiya Forumu da keçiriləcək.

Xatırladaq ki, Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası keçən ilin mayında Ankara şəhərində keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
110
lent.az

1Mənbələr