AZ

Lebron Ceyms Maykl Cordanı geridə qoydu

Lebron Ceyms Amerika Milli Basketbol Assosiasiyasında (NBA) rekorda imza atıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə NBA-nın sosial şəbəkə hesablarında məlumat paylaşılıb. 

Bildirilib ki, 40 yaşlı basketbolçu "Los-Anceles Klippers" - "Los-Anceles Leykers" (88:103) matçında 36 xal toplayaraq qarşılaşmanın ən məhsuldar oyunçusu olub.

"Leykers"in ulduz basketbolçusu bunun sayəsində 40 və daha yuxarı yaşda 35+ xalın toplandığı matçların sayına görə Maykl Cordanı geridə qoyaraq NBA rekordçusu olub.

Qeyd edək ki, Cordan bu yaş kateqoriyasında cəmi üç oyunda 35-dən çox xal toplayıb. Ceymsdə belə oyunların sayı dörddür./Oxu.az


Telegram kanalımız
Seçilən
67
yenisabah.az

1Mənbələr