AZ

İran vətəndaşları Qərbi Zəngəzurda ŞOK yaşadılar

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Qərbi Zəngəzurda (Sünik) 18 dekabrda baş verən hadisə barədə yalnız bu gün məlumat yayılıb.Bizim.Media bu barədə erməni mediasına istinadən xəbər verir.Məlumata əsasən, təxminən saat 02:15 radələrində iki nəfər döş qəfəsinin sınığı və sıyrıqları ilə Meğri Tibb Mərkəzinə gətirilib.“Aryan Tunel” QSC-nin işçiləri olan bu şəxslərin yıxılaraq xəsarət aldıqları məlum olub. Yaralananlar İran vətəndaşlarıdır: 23 yaşlı Sərmast Yadolan və 26 yaşlı Kərəmi Məsud.Meğri icmasının polisi onu da müəyyən edib ki, onlar qeyd olunan xəsarətləri Şimal-Cənub magistralının bir hissəsi kimi “Səad Ariana Tuneli” QSC-nin Ermənistan bölməsi tərəfindən Meğridə inşa etdiyi tunelin möhkəmləndirilməsi işləri zamanı alıblar. İşçilər təxminən 2,5 m hündürlükdən yıxılaraq ağır xəsarət alıblar.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
2
bizim.media

10Mənbələr