Yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Milli Hidrometeorologiya Xidmətindən Ajans.az-a bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq. Bu səbəbdən avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı proqnozlaşdırılır. Dumanlı hava şəraitində yol hərəkəti iştirakçılarına aşağıdakı tədbirləri görmək tövsiyə olunur: • Sürət həddini azaldın və yol şəraitinə uyğun hərəkət edin.