AZ

Bakıda 2 avtomobil toqquşdu - Ölən var

Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, 19 yaşlı gənc ölüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, “77-GK-835” dövlət nömrə nişanlı “Hummer” və "99-TY 561" dövlət nömrə nişanlı “Opel” markalı minik avtomobilləri toqquşub.

Hadisə nəticəsində “Opel” avtomobilində olan 19 yaşlı sərnişinin öldüyü bildirilir, xəsarət alan var.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırma aparılır.

Seçilən
30
13
redaktor.az

10Mənbələr