AZ

Daşkəsəndə avtomobil aşdı, xəsarət alan var

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Daşkəsən rayonunun ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan NİVA markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü — 1993-cü il təvəllüdlü Z. Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Seçilən
84
4
avtosfer.az

6Mənbələr