AZ

13 il əvvəl dünyanı qorxuya salan olay Hamı hazırlaşırdı

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

13 il əvvəl məhz bu gün insanlar dünyanın dağılmağına hazırlaşırdılar.

Globalinfo.az xəbər verir ki, bununla bağlı bəzi istifadəçilər sosial şəbəkə hesablarında xatırlatma edib.

2012‑ci il dekabrın əvvəllərində “21 dekabrda dünyanın sonu gələcək” iddiaları Azərbaycanda müəyyən insanlar arasında təlaş yaratdı. Bəzi valideynlər uşaqlarını məktəbə göndərmədilər, mağazalarda şam və ərzaq qıtlığına oxşar vəziyyət göründü.

Həmin zaman Şamaxı Astrofizika Rəsədxanasının mütəxəssisləri və digər elm xadimləri qeyd etdilər ki, 21 dekabr yalnız Maya təqviminin bir dövrünün bitməsi və yeni dövrün başlanğıcıdır. Onlar bildirdilər ki, heç bir fəlakət gözlənilmir və bu, qəti elmi dəlillərlə dəstəklənmir.

Ümumiyyətlə, sözügedən iddialar bir sıra ölkələrdə yayıldı, bəzi insanlar qorxu içində hazırlaşdılar. Lakin 21 dekabr 2012 tarixində heç bir böyük fəlakət baş vermədi və həyat adi qaydasında davam etdi.

Xatırladaq ki, mayyalıların təqviminə görə 21 dekabr 2012-ci ildə qiyamət günü baş verməli idi.

Günel Cəlil

Globainfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
67
globalinfo.az

1Mənbələr