AZ

"Mənə elə gəldi ki, baş hakimin gözlərində mənə böyük nifrət var"

Misli premyer-liqasının 16-cı turunda “Qəbələ” evdə “Qarabağ”a uduzdu - 1:2. “Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Kaxaber Sxadadzenin mətbuat konfransından hesabatı təqdim edir.
- “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Yüksək səviyyəli oyun oldu. Komandamız yaxşı oynadı. Son 15 dəqiqədə yorğunluq yarandı. Çox razı qaldım. Qışdan sonra 77 yox, 95 dəqiqə mübarizə apara bilərik. Qurban Qurbanov Avropanın ən yaxşı baş məşqçilərindəndi, Azərbaycan futbolunun əfsanəsidi.
- Futbolçuları oyuna motivasiya edən “Qarabağ”ın adı idi?
- Bu haqda danışmışdıq. Gənc futbolçular üçün yaxşı imkandı. Özlərinə də demişdim. Motivasiya budu.
- Referi Əli Əliyev “Qarabağ”ın əvəzedici heyətində oynayıb. Bu təyinata reaksiyanız necədi?
- Yeni sədrə böyük hörmətim var. Mənə elə gəldi ki, baş hakimin gözlərində mənə böyük nifrət var. Bəlkə də mənə belə göründü. Ancaq gözlər yalan danışmır. Bəzi məqamlarda onun qərarları mübahisə doğurdu.
- Komandadan gedəcək futbolçuların siyahısı hazırdı?
- Əsas odu ki, kim gələcək? (gülür). Əlbəttə. Transfer danışıqları gedir. 5 futbolçu gəlməlidi. Səbuhi Səfiyarlı ilə hər gün danışırıq. Azərbaycan xalqını bayram münasibəti ilə təbrik edirəm.
MÜZƏFFƏR QULUZADƏ

Seçilən
58
football-plus.az

1Mənbələr