AZ

Gürcüstan 2026-cı ildən QDİƏT-ə sədrlik edəcək

Bakı. Trend:

Gürcüstan 2026-cı il yanvarın 1-dən Qara Dəniz İqtisadiƏməkdaşlıq Təşkilatına (QDİƏT) sədrlik edəcək.

Trend-inməlumatına görə, bu barədə Qara Dəniz İqtisadi Zonası Xarici İşlərNazirləri Şurasının 51-ci sessiyası zamanı bildirilib.

Gürcüstan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olunurki, 2026-cı il iyunun 30-dək davam edəcək altı aylıq sədrlikdövründə əsas diqqət nəqliyyat infrastrukturu, nəqliyyat və enerjisahələrində layihələrin həyata keçirilməsinə, həmçinin Qara dənizregionunda sülhün, sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsinəyönəldiləcək.

QDİƏT Qara dəniz bölgəsi və Cənubi Balkanları əhatə edən 13ölkəni birləşdirən regional iqtisadi təşkilatdır. Təşkilat 1992-ciildə Türkiyənin təşəbbüsü ilə yaradılıb və baş qərargahı İstanbuldayerləşir.

Seçilən
57
2
az.trend.az

3Mənbələr