AZ

Osimhen Lukmanı “Qalatasaray”a keçidi düşünməyə çağırıb

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyənin “Qalatasaray” komandasının hücumçusu Viktor Osimhen həmyerlisi, “Atalanta”nın forvardı Ademola Lukmana yanvar transfer pəncərəsi ərəfəsində Türkiyə klubuna keçidi nəzərdən keçirməyi tövsiyə edib.

İdman.Biz “A Spor nəşrin”ə istinadla xəbər verir ki, Lukman uğursuz yay transfer dövründən sonra “Atalanta”dan ayrılmaq variantı üzərində düşünür.

Mənbə bildirir ki, hücumçunun mümkün transferində “Qalatasaray” əsas favoritlərdən biri hesab olunur və Osimhen də bu keçidi dəstəkləyir.

Cari mövsümdə Viktor Osimhen “Qalatasaray” forması ilə 16 matçda 12 qol vurub. “Atalanta”nın heyətində çıxış edən Ademola Lukman isə 5 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Məlumata görə, yanvar transfer pəncərəsində bu mövzuda danışıqların intensivləşəcəyi gözlənilir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
40
1
icma.az

2Mənbələr