AZ

Tedeskonun "Fənərbağça"sı tarix yazır: 2005-ci ildən sonra ilk belə uğur

"Fənərbağça" klubu Türkiyə Süper Liqasında tarixi bir uğura imza ataraq 20 il sonra ilk dəfə mövsümün ilk yarısını məğlubiyyətsiz tamamlayıb.

Fanat.Az xəbər verir ki, "sarı-lacivərdlilər" 2005/06 mövsümündən bəri ilk dəfə 17 oyunluq dövrü heç bir məğlubiyyət almadan (11 qələbə, 6 heç-heçə) başa vurmağı bacarıblar.

Komanda son turda "Eyüpspor"u səfərdə 3-0 hesabı ilə məğlub edərək "Qalatasaray"ı geridə qoyub və oyun çoxu ilə liderliyə yüksəlib.

Baş məşqçi Domeniko Tedeskonun rəhbərliyi altında sərgilənən bu dominant performans "Fənərbağça"nın çempionluq yarışındakı iddiasını daha da gücləndirib.

Kamil Xudiyev

Seçilən
43
1
fanat.az

2Mənbələr