Keçən həftə Hindistan parlamentinə Ukrayna müharibəsinə cəlb edilən ölkə vətəndaşlar barədə hesabat təqdim edilib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The Mail on Sunday” məlumat yayıb.
Hesabatda qeyd edilib ki, 2022-ci ildən Rusiya Ordusu sıralarına 202 Hindistan vətəndaşı cəlb olunub. Onlardan ən azı 26-ı ölüb, 7-i itkin düşüb.
Hindistan hökumətinin səyi nəticəsində həmin şəxslərdən 119-u vaxtından əvvəl tərxis olunub .