ain.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
Ukraynalı jurnalistlər Ukrayna Prezidenti Vladimir Zelenskinin köməkçisi Timur Mindiçin İsraildə olduğunu müəyyən ediblər.
Doğru.az xəbər verir ki, “Ukrainska Pravda” nəşrinin məlumatına görə, korrupsiyada ittiham olunan məmur enerji sektorunda mənimsəmə ilə bağlı böyük qalmaqaldan sonra İsrailə qaçıb. Nəşr hadisə ilə bağlı detalları daha sonra açıqlayacağını bildirib.
Xatırladaq ki, daha əvvəl iş adamı İqor Kolomoisky* məhkəmədə noyabrın 28-də İsraildə Timur Mindiçə qarşı sui-qəsd cəhdinin edildiyini bəyan etmişdi.
Eyni zamanda İsrail polisi sözügedən hadisə ilə bağlı heç bir məlumatlarının olmadığını açıqlayıb.
*İqor Kolomoisky Ukraynada korrupsiya ittihamları ilə üzləşən şəxsdir.
DOĞRU.AZ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.