AZ

Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 20 ölkəsi Siyahı

Yeniavaz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Mərkəzi Banklar tərəfindən saxlanılan valyuta və qızıl ehtiyatları ölkələrin maliyyə sabitliyinin əsas dayaqlarından biri hesab olunur.

Yeniavaz.com xəbər verir ki, bu ehtiyatlar dövlətləri xarici iqtisadi şoklardan, valyuta bazarındakı kəskin dalğalanmalardan, qlobal böhranlardan və pandemiya kimi fövqəladə hallardan qorumaq üçün mühüm rol oynayır.

Adətən, Mərkəzi Bankların ehtiyatlarına xarici valyuta, bank depozitləri, qiymətli kağızlar və qızıl daxildir. Son illər xüsusilə qızıl ehtiyatlarının artırılması tendensiyası müşahidə olunur.

Dünyanın ən böyük valyuta ehtiyatlarına malik 20 ölkənin siyahısını təqdim edirik:

Çin – 3,5 trilyon dollar

Yaponiya – 1,2 trilyon dollar

ABŞ – 910 milyard dollar

İsveçrə – 909 milyard dollar

Hindistan – 643 milyard dollar

Rusiya – 598 milyard dollar

Səudiyyə Ərəbistanı – 460 milyard dollar

Almaniya – 420 milyard dollar

Cənubi Koreya – 418 milyard dollar

Braziliya – 355 milyard dollar

Fransa – 330 milyard dollar

İtaliya – 315 milyard dollar

Sinqapur – 307 milyard dollar

Böyük Britaniya – 298 milyard dollar

Türkiyə – 292 milyard dollar

Tayvan – 285 milyard dollar

Honq Konq – 280 milyard dollar

İspaniya – 275 milyard dollar

Meksika – 210 milyard dollar

Tailand – 205 milyard dollar

Müqayisə üçün qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının ehtiyatları 11,4 milyard dollar təşkil edir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
93
yeniavaz.com

1Mənbələr