AZ

Putinin ailə kölgəsində ölüm: Moskva yaxınlığında KONKRET

ain.az bildirir, Konkret.az portalına istinadən.

Moskva vilayətinin Mıtişi şəhərində yerləşən yaxta-klubda baş verən hadisə cəmiyyətdə ciddi rezonans doğurub.

KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, gəzinti zamanı altı nəfərin olduğu qayıq çevrilib, nəticədə bir nəfər ölüb.

Faciə zamanı Viktor Averin – vaxtilə məşhur Solntsevsk mütəşəkkil cinayətkar qrupunun liderlərindən biri – həyatını itirib. Məlumata görə, qayıq məhz onun idarəsində olub.

Qayıqda olanlar arasında Rusiya prezidenti Vladimir Putinin əmisiqızısının həyat yoldaşı Viktor Xmarin də olub. O, hazırda “RusHidro” şirkətinin rəhbəri olan Viktor Xmarinin (oğlu ilə adı eynidir) atasıdır. Hadisə zamanı Xmarin hipotermiya və müxtəlif bədən xəsarətləri alıb.

Bundan başqa, qayıqda vəkil, biznesmen, cangüdən və 18 yaşlı model də olub.

Rəsmi versiyaya görə, insident bədbəxt hadisə kimi qiymətləndirilir. Lakin ictimai müzakirələrdə əsas sual cavabsız qalır:

Putinin qohumu, keçmiş kriminal avtoritet, biznes dairələri və gənc model eyni qayıqda nə edirdi?

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
1
konkret.az

2Mənbələr