Bakı. Trend:
Futbol üzrə İngiltərə Premyer Liqasında XVI turun daha bir oyunukeçirilib.
Trend xəbər verir ki,"Mançester Yunayted" səfərdə "Aston Villa"nın qonağı olub. Görüşmeydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticədən sonra Birmingem klubu 36 xalla 3-cü pillədəkimövqeyini qoruyub. Mançester təmsilçisi isə 26 xalla 7-cidir.
Qeyd edək ki, tura bu gecə keçiriləcək "Fulhem" - "Nottingem"görüşü ilə yekun vurulacaq.