AZ

Beyləqanda 68 yaşlı qadının qətliylə əlaqədar şübhəli şəxs saxlanılıb

Noyabrın 27-də gecə saatlarında Beyləqan rayonu Bolsulu kəndində 68 yaşlı qadının qətlə yetirilməsi faktı üzrə şübhəli şəxs müəyyən olunub.

Far.Az APA-ya istinadən xəbər verir ki, kənd sakini Nazilə Mustafayevanı yaşadığı evdə boğaraq qətlə yetirməkdə şübhəli bilinən 1994-cü il təvəllüdlü Şəmistan Həsənzadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, hadisə tamah məqsədilə törədilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
25
13
far.az

10Mənbələr