Dünyanın 2-ci tennisçisi, italiyalı Yannik Sinner ardıcıl 3-cü il azarkeşlərin ən sevimli oyunçusu üçün mükafatı alıb.
"Football-plus.az" xəbər verir ki, bununla bağlı xəbəri Peşəkar Tennisçilər Assosiasiyası (ATP) yayıb. Sinner mükafat almasına belə reaksiya verib: “Mənə səs verdiyinizə görə çox sağ olun. Növbəti dəfə bu nominasiyada qələbə qazanmağım mənim üçün böyük əhəmiyyət daşıyır”.
Bu mükafatı 2003-21-ci illər aralığında isveçrəli Rocer Federer, 2022-ci ildə ispaniyalı Rafael Nadal alıb. 24 yaşlı Sinner başa çatmaqda olan ildə fərdi yarışda 6 titul qazanıb.
Tennislə bağlı başqa xəbər də var: Federerlə amerikalı Andre Aqassi “Australian Open”in tarixində ilk dəfə təşkil olunacaq açılış mərasimində iştirak edəcək. Təntənəli mərasim yanvarın 17-də keçiriləcək. Ertəsi turnirin əsas torunun oyunları start götürəcək. Mərasimə avstraliyalılar – Patrik Rafter və Lleyton Hüitt də qatılacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta