AZ

Almaniya Bundesliqası: “Bavariya” “Haydenhaym”ın qapısından dörd cavabsız top keçirdi VİDEO

ain.az bildirir, Idman.biz portalına istinadən.

Almaniya Bundesliqasının 2025/2026 mövsümünün 15-ci turu çərçivəsində keçirilən “Haydenhaym” - “Bavariya” oyunu qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi hesabı 15-ci dəqiqədə Yozi̇p Stanişiçin qolu ilə açıb. 32-ci dəqiqədə Maykl Olise fərqi iki topa çatdırıb. Oyunun son dəqiqələrində üstünlüyünü daha da artıran “Bavariya” 87-ci dəqiqədə Luis Dias, 90+2-ci dəqiqədə isə Harri Keynin qolları ilə yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra 11 xalı olan “Haydenhaym” turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. 41 xala yüksələn “Bavariya” isə Bundesliqada liderliyini qoruyub.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
icma.az

2Mənbələr