AZ

“Qalatasaray” ili lider baş vurdu

Türkiyə Superliqasının 17-ci turunda çempion "Qalatasaray" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.

"Yeni Sabah" xəbər verir ki, "cim-bom" ilin son matçında azarkeşlərini sevindiriblər.

"Qalatasaray" asan qələbə qazanıb - 3:0. Qolları Yunus Akgün (10), Sara (82) və İkardi (88) vurub. 

Okan Burukun komandası hazırda 42 xalla turnir cədvəlinə liderlik edir. "Cim-bom" ən yaxın izləyicisi "Fənərbağça"dan 3 xal öndədir. 


Telegram kanalımız
Seçilən
61
1
yenisabah.az

2Mənbələr