AZ

İsrail və Fələstin atəşkəs sazişinin başladığını elan edə bilər

İsrail və Fələstin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs sazişinin ikinci mərhələsinin 2026-cı ilin yanvar ayında başladığını elan edə bilərlər.

Azreform.info xəbər verir ki, bunun Misir xarici işlər naziri Bədr Əbdül Əti bildirib.

"Ümid edirik ki, Qəzza sazişinin ikinci mərhələsinə keçid yanvar ayında elan ediləcək. Bura İsrail qoşunlarının anklavdan tamamilə çıxarılması, silahların müsadirə edilməsi, sülh şurasının yaradılması və zolağa sülhməramlı kontingentin yerləşdirilməsi daxil olması gözlənilir", -  nazir deyib.

Əbdül Əti həmçinin bildirib ki, vasitəçilər Trampın "İsraili Qəzzada atəşkəsi pozmağı dayandırmağa məcbur etməsinə ümid edirlər.

Axios daha əvvəl bildirmişdi ki, Tramp Qəzza sülh müqaviləsinin ikinci mərhələsinin 25 dekabra qədər başladığını elan etməyi planlaşdırır. Razılaşmanın ikinci mərhələsi İsrail qoşunlarının anklavdan çıxarılmasını, beynəlxalq sabitləşdirici qüvvələrin yerləşdirilməsini və Sülh Şurası da daxil olmaqla Qəzza idarəetmə strukturlarının işə başlamasını əhatə edir.

Elvin

Azreform.info

Seçilən
13
2
azreform.info

3Mənbələr