AZ

İsveçdə Rusiyanın konteyner gəmisi SAXLANILDI

Ajans.az bu barədə "Expressen" nəşrinə istinadən xəbər verir. İsveç nümayəndələri gəminin dekabrın 21-nə keçən gecə Höqanes şəhəri yaxınlığındakı ərazi sularında lövbər salmasından sonra onun göyərtəsinə qalxıblar. Bundan qısa müddət əvvəl konteyner gəmisi mühərriki söndüyü üçün dayanıb. Qeyd olunub ki, gəmi məcburi gömrük bəyannaməsini təqdim etməyib. Onun yoxlanılması davam edir.

Konteyner gəmisi ABŞ və Aİ tərəfindən sanksiyaya məruz qalmış "M Leasing LLC" şirkətinə məxsusdur.

Seçilən
30
5
Ajans.az

6Mənbələr