AZ

Mingəçevirdə iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, “Hyundai” və “VAZ-2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində "VAZ-2106" avtomobilinin sürücüsü, Yevlax rayonunun Havarlı kənd sakini, 2004-cü il təvəllüdlü Əliyev Xalid Rövşən oğlu, eləcə də onun sərnişinləri - 2003-cü il təvəllüdlü Şükürov Sahil və 2005-ci il təvəllüdlü Şükürov Sənan xəsarət alıblar.

Yaralılar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
27
1
apa.az

2Mənbələr