AZ

"Qalatasaray" çempionatın ilk yarısını lider bitirdi

"Qalatasaray" çempionatın ilk yarısını lider bitirdi

Türkiyə Super Liqasında XVII turun oyunları davam edir.

Günün ilk matçında "Alanyaspor” doğma meydanında autsayder "Karagümrük”lə qarşılaşıb. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qalatasaray” isə "Kasımpaşa” ilə üz-üzə gəlib. "Sarı-qırmızılılar” Yunus Akgün, Qabriel Sara və Mauro İkardinin vurduğu qollarla rəqibini 3:0 hesabı ilə məğlub edib. Bununla da "Qalatasaray" qış çempionu olub.

"Samsunspor” isə "Göztəpə” ilə səfər oyunundan xalsız qayıdıb - 0:2.

//Qaynarinfo//

Seçilən
51
6
afn.az

6Mənbələr