Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.
Bu barədə "Azəriqaz" İB məlumat yayıb.
"Xətai rayonunun Əhmədli qəsəbəsinin Cavanşir küçəsində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması məqsədilə 22 dekabr saat 10:00-dan etibarən M.Hadi, R.Məmmədov, Cavanşir, X.Məmmədov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - məlumatda qeyd olunub.
Tarix: 22 Dekabr 2025, 00:11