AZ

ABŞ Floridada Ukrayna ilə danışıqları müsbət qiymətləndirdi

ain.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ABŞ administrasiyası Ukrayna nümayəndə heyətinin Vaşinqton və Avropa təmsilçiləri ilə Floridada apardığı danışıqları məhsuldar və konstruktiv qiymətləndirib.

Bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff "X" sosial şəbəkəsində məlumat verib.

O bildirib ki, son üç gün ərzində Ukrayna nümayəndə heyəti amerikalı və avropalı tərəfdaşlarla bir sıra məhsuldar və konstruktiv danışıqlar aparıb. Nümayəndənin sözlərinə görə, məsləhətləşmələr zamanı tərəflər növbəti addımların ardıcıllığına xüsusi diqqət yetiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
72
3
moderator.az

4Mənbələr