AZ

Tanınmış iş adamı suda boğularaq öldü

Tanınmış iş adamı Viktor Averin Moskva vilayətindəki Klyazminskoye su anbarında qayıq gəzintisi zamanı boğulub.

"Unikal" xəbər verir ki, içərisində altı nəfərin olduğu qayıq çevrilib. Beş nəfər sağ qalıb, bir nəfər isə xəstəxanaya yerləşdirilib və təhlükədən xilas edilib. Averinin cəsədi dalğıclar tərəfindən tapılıb.

Keçmişdə Viktor Averin və mərhum qardaşı Aleksandr 1990-cı illərin ən nüfuzlu təşkilatlarından biri olan Solntsevo mütəşəkkil cinayətkar qruplaşması ilə əlaqəli olublar. Averin özü bu məlumatı heç vaxt təsdiqləməyib. Son illərdə o, xeyriyyə işlərində iştirak edib, fondun həmtəsisçisi olub və kilsənin tikintisinin maliyyələşdirilməsində iştirak edib.

Seçilən
147
1
unikal.az

2Mənbələr