AZ

QHT 2025-ci ildə beynəlxalq və yerli ədəbi dialoqu gücləndirib

“Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova həyata keçirilən layihələr çərçivəsində görülən əsas işlər barədə danışıb.

Onun sözlərinə görə, icra olunan layihələrdə əsas məqsəd mədəni və maarifləndirici dəyərlərin cəmiyyətə daha geniş şəkildə çatdırılması olub. Bu çərçivədə müxtəlif ölkələri və fərqli ədəbi məktəbləri təmsil edən müəlliflərin kitablarının nəşrinə dəstək göstərilib, bununla da beynəlxalq ədəbi dialoqun gücləndirilməsinə töhfə verilib:

"Qarabağ mövzusunda yazılmış əsərlərin çapı vasitəsilə tarixi həqiqətlərin bədii dildə təqdim olunmasına şərait yaratdıq. Eyni zamanda, dövlət dəstəyi ilə həyata keçirilən layihəmiz çərçivəsində ictimai maarifləndirmə tədbirləri reallaşdırıldı, hüquqi və mənəvi dəyərləri təşviq edən fəaliyyətlər icra olundu. Bu işlərin əsas məqsədi oxucunu passiv izləyici yox, düşünən və mövqeli iştirakçıya çevirmək idi. Nəticə etibarilə, həyata keçirilən layihələr sözün gücü ilə cəmiyyətə işıq tutan davamlı təsir yaratdı".

Seçilən
57
qht.az

1Mənbələr