ABŞ Venesuela sahillərində daha bir neft tankerini ələ keçirib.
Redaktor.az "Bloomberg"ə istinadən xəbər verir ki, Panama bayrağı altında üzən "Bella 1" tankeri yük götürmək üçün Venesuela limanına gedirdi.
Gəmi ABŞ sanksiyalarına məruz qalıb.
Bu, Venesuelaya qarşı dəniz blokadası tətbiq edildikdən bəri ABŞ-nin Karib dənizində ələ keçirdiyi üçüncü neft tankeridir.
Bildirilir ki, tankerlərin saxlanılması Venesuela Prezidenti Nikolas Maduroya təzyiq məqsədi daşıyır.