AZ

La-Manş boğazını keçən qanunsuz miqrantların sayı artıb

Bakı. Trend:

Dekabrın 20-də 13 kiçik qayıqla 800-dən çox miqrant La-Manşboğazını keçərək ölkəyə daxil olub.

Trend xəbər verir ki, bubarədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, bu göstərici son illərdə dekabr ayı üçün qeydəalınan ən yüksək rəqəm hesab olunur. Məlumata əsasən, bu artım songünlərdə müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən keçiditəxirə salan şəxslərin yığılması ilə əlaqələndirilir. Nəticədə2025-ci il ərzində La-Manşı keçən miqrantların ümumi sayı 41 min455 nəfərə çatıb. Bu da 2024-cü ilin bütün ili üzrə qeydə alınmış36 min 816 nəfərlik göstəricini üstələyir. “Home Office”nümayəndəsi bildirib ki, kiçik qayıqlarla həyata keçirilən bu cürkeçidlər qəbuledilməzdir və Britaniya ictimaiyyəti daha yaxşı həllyolları gözləyir. Qeyd olunur ki, 803 miqrant Britaniyanın sərhədqüvvələri tərəfindən sahilə çıxarılaraq Dover limanınagətirilib.

Seçilən
54
6
az.trend.az

7Mənbələr