AZ

“Qalatasaray” azarkeşlərindən Mauro İkardiyə dəstək FOTO

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qalatasaray” azarkeşləri “Kasımpaşa” ilə oyun öncəsi argentinalı hücumçu Mauro İkardiyə xüsusi dəstək nümayiş etdiriblər.

İdman.Biz xəbər verir ki, isinmə zamanı “sarı-qırmızılı” azarkeşlər Mauro İkardini tribunaya çağıraraq ona alqışlarla dəstək olublar.

Azarkeşlər bütün futbolçuları bir-bir tribunaya dəvət etsələr də, son günlər komandadan ayrılacağı ilə bağlı mesajlar verdiyi deyilən İkardini iki dəfə səsləyiblər.

Ulduz hücumçu azarkeşlərin çağırışını cavabsız qoymayıb, iki dəfə tribunaya yaxınlaşaraq onlarla birlikdə şüar səsləndirib.

Oyun başlamazdan qabaq isə “Qalatasaray” azarkeşləri Mauro İkardi üçün “Bir futbolçudan daha artıq. Ruhumuzun bir parçası” sözləri yazılmış afişa açıblar. Bu jest tribunaların argentinalı futbolçuya olan sevgisini və dəstəyini bir daha nümayiş etdirib.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
1
icma.az

2Mənbələr