AZ

Etirazçılar anım mərasimində Almaniya kanslerini fitə basıblar

BAKI, 22 dekabr. TELEQRAF

Maqdeburqda terror qurbanlarının anım mərasimində kansler Merts etirazla qarşılanıb.

Teleqraf xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Maqdeburqda Milad yarmarkasında törədilmiş terror aktının qurbanlarının anım mərasiminə gələrkən etirazla üzləşib.

"Compact" jurnalının məlumatına görə, hadisədən bir il sonra cinayətin baş verdiyi yerə gələn kansler Fridrix Merts və onun partiya yoldaşı, Saksoniya-Anhalt federal əyalətinin baş naziri Rayner Hazeloff kütlə tərəfindən fitə basılıb və “Rədd olun!” şüarları ilə qarşılanıb.

Məlumatda qeyd olunur ki, mərasim zamanı iki siyasətçiyə qarşı narazılıq açıq şəkildə nümayiş etdirilib.

Xatırladaq ki, ötən ilin dekabrında Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkası zamanı avtomobil izdihamın üzərinə sürülmüşdü. Hadisə nəticəsində 6 nəfər ölüb.

Yerli hakimiyyət orqanlarının açıqlamasına əsasən, hücum zamanı 200-dən çox insan müxtəlif dərəcəli xəsarətlər alıb.

Seçilən
80
teleqraf.com

1Mənbələr