AZ

F-16 qırıcısı Trampın iqamətgahı yaxınlığında təyyarə aşkar edib

BAKI, 22 dekabr. TELEQRAF

ABŞ HHQ-nin qırıcısı Trampın Floridadakı iqamətgahı yaxınlığında təyyarəni ələ keçirib.

Teleqraf xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-16 qırıcısı Floridanın Palm-Biç şəhəri üzərində uçuşların məhdudlaşdırıldığı hava məkanına daxil olan təyyarəni ələ keçirib. Həmin ərazidə ABŞ prezidenti Donald Trampın iqamətgahı yerləşir.

Şimali Amerikanın Hava-Kosmik Müdafiə Komandanlığının (NORAD) məlumatına görə, insident təhlükəsizlik qaydalarına uyğun şəkildə və sakit şəraitdə həll olunub.

Seçilən
69
2
teleqraf.com

2Mənbələr