Münhen "Bavariya"sının hücumçusu Harri Keyn "Kicker" jurnalı tərəfindən "İlin şəxsiyyəti" mükafatını alıb.
Redaktor.az nəşrə istinadən xəbər verir ki, mükafat Almaniya futbolunun ən görkəmli simalarına təqdim olunur.
1990-cı ildən bəri verilən mükafat əvvəllər "İlin adamı" adlanıb.
Qeyd edək ki, Keyn "Bavariya"ya 2023-cü ilin yayında "Tottenhem"dən keçib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.