Qərar qurbanların hüquqlarını müdafiə edən qrupların müraciəti ilə verilib...
ABŞ-də maliyyəçi Ceffri Epşteynin işi üzrə məxfilikdən çıxarılmış materiallardan ondan çox fotoşəklin silinməsi qurbanların hüquqlarını müdafiə edən qrupların xahişi əsasında həyata keçirilib.
Poliqon xəbər verir ki,Bu barədə ABŞ baş prokurorunun müavini Todd Blanş NBC News telekanalına müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, silinmiş materiallar arasında qadınların redaktə olunmamış fotoşəkilləri də olub. ABŞ Ədliyyə Nazirliyi həmin faylları yenidən nəzərdən keçirəcək və əlavə redaktəyə ehtiyac olub-olmadığını müəyyənləşdirəcək. Todd Blanş vurğulayıb ki, mübahisəli faylların ABŞ prezidenti Donald Tramp ilə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, dekabrın 20-də ABŞ Ədliyyə Nazirliyi insan alveri və cinsi istismar məqsədilə trafficking ittihamları ilə gündəmə gəlmiş maliyyəçi Ceffri Epşteynin işi üzrə materialların bir hissəsini ictimaiyyətə açıqlayıb. Lakin ertəsi gün rəsmi saytdan azı 16 fayl silinib. Həmin materiallar arasında Donald Tramp və həyat yoldaşı Melaniya Trampın Ceffri Epşteyn və onun köməkçisi Gisləyn Maksvell ilə birgə çəkilmiş fotosu da yer alıb. Qeyd edək ki, Gisləyn Maksvell 2022-ci ildən həbs cəzası çəkir. Silinən digər şəkillər arasında çılpaq qadın təsvirləri olan rəsmlər də olub.
Poliqon.info