AZ

Robotlar rəqqaslar kimi çıxış ediblər

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Çində pop ifaçısı Van Lihunun konsertində yerli "Unitree Robotics" şirkətinin istehsalı olan "Unitree G1" humanoid robotları arxa planda rəqqaslar kimi çıxış ediblər. Bu yeni model robotlar çevik hərəkətləri ilə hər kəsi təəccübləndiriblər.

Reyting.az xəbər verir ki, robot rəqqaslar qrupu səhnədəki ifaçılarla birgə sinxron hərəkətlər nümayiş etdirib, daha sonra isə "Unitree G1" humanoidləri konsertin finalına yaxın eyni anda irəli-geri akrobatik tullanışla, tamaşaçıların alqışları ilə yola salınıblar.

Bu qeyri-adi görüntülər sosial şəbəkələrdə böyük maraq doğurub.

Qeyd edək ki, yeni "Unitree G1" modelinin qiyməti təxminən 13,5 min ABŞ dollarıdır.

Oqtay QORÇU

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
reyting.az

1Mənbələr