AZ

Premyer Liqa: İlin son matçı Sumqayıtda keçirilir

Azərbaycan Premyer Liqasında bu gün 2025-ci ilin son oyunu keçiriləcək.

Msport.az xəbər verir ki, XVI turun sonuncu matçında “Sabah” səfərdə “Sumqayıt”la üz-üzə gələcək.

Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da start götürəcək.

Hazırda 34 xalla ikinci pillədə qərarlaşan qonaqlar qələbə qazanacağı təqdirdə mövsümün ilk yarısını lider kimi başa vuracaq. “Gənclik şəhəri” təmsilçisi 27 xalla dördüncüdür.

 

Premyer Liqa

XVI tur

22 dekabr

 

19:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Nəriman Axundov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

 

Qeyd edək ki, bu turda “Turan Tovuz” “Kəpəz”i (2:0), “Neftçi” “Karvan-Yevlax”ı (2:1), “Qarabağ” “Qəbələ”ni (2:1), “Araz-Naxçıvan” “Şamaxı”nı (2:0) məğlub edib. “Zirə” – “İmişli” oyununda isə qol vurulmayıb.

Seçilən
56
7
msport.az

10Mənbələr