AZ

Harri Keyn Bundesliqada yeni rekord müəyyənləşdirib

Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Harri Keyn Bundesliqada yeni rekord müəyyənləşdirib

"Bavariya”nın hücumçusu Harri Keyn Almaniya Bundesliqasında yeni rekorda imza atıb. 

QOL.az xəbər verir kj, ingiltərəli forvard 15-ci turun “Haydenhaym”la matçında (4:0) fərqlənərək çempionat tarixində ən sürətli şəkildə 100 xal həddinə çatan futbolçu olub. Bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.

Hazırda Keynin Bundesliqadakı aktivində “qol+ötürmə” sistemi üzrə 100 xal (81 qol + 19 məhsuldar ötürmə) var. O, bu göstəriciyə cəmi 78 oyunda çatıb ki, bu da statistik məlumatların aparılmağa başlandığı 2004/2005 mövsümündən bəri ən yaxşı nəticədir. 

Əvvəlki rekord “Bavariya”nın sabiq futbolçusu Aryen Robbena məxsus idi — niderlandlı oyunçuya bu göstəriciyə çatmaq üçün 119 matç lazım olmuşdu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
qol.az

2Mənbələr