AZ

Misli Premyer Liqasında ilin son oyunu Sumqayıtda keçiriləcək

Bakı, 22 dekabr, AZƏRTAC

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ilk hissəsinə yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, XVI turun və ilin son oyunu Sumqayıtda eyniadlı komanda ilə “Sabah” arasında keçiriləcək. Qarşılaşma saat 19:30-da start götürəcək. Matçı yeni ildən FIFA referisi kimi fəaliyyət göstərəcək Tural Qurbanov idarə edəcək.

Hazırda turnir cədvəlində “Sabah” 34 xalla 2-ci, “Sumqayıt” isə 27 xalla 4-cüdür.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"ə, “Araz-Naxçıvan” “Şamaxı”ya 2:0, "Neftçi" "Karvan-Yevlax"a, "Qarabağ" "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəlib, "Zirə" - "İmişli" matçında isə qolsuz heç-heçə qeydə alınıb.

Seçilən
97
6
azertag.az

10Mənbələr