AZ

Nişanın biri sol dönməyə icazə verir, digəri isə qadağan edir VİDEO

ain.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Bakıda hərəkətin təşkilində olan nöqsan sürücülərin biri tərəfindən qeydə alınaraq sosial şəbəkədə yayılıb. Avtosfer.az xəbər verir ki, görüntü paytaxtın Badamdar qəsəbəsində qeydə alınıb. Belə ki, asfalt üzərinə çəkilmiş 1.18 nişanlanma xətti sağa və sola dönməyə icazə verir. Lakin dirəkdə quraşdırılmış məcburi hərəkət istiqaməti nişanı yalnız sağa dönməyə icazə verir. İki nişan arasında ziddiyət olduğu üçün sürücülər çaş-baş qalırlar.

Qeyd edək ki, hərəkətin bu cür təşkil edilməsi doğru hesab edilmir. Nişanla nişanlanma xətləri arasında ziddiyyət olmamalıdır. Əgər belə hal olarsa, sürücü ikisindən birini əsas götürərək hərəkət edə bilər.

Fərid

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
avtosfer.az

1Mənbələr