AZ

Bu şəxslər hər ay 220 manat alır Sayları artacaq

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

“Azərbaycanda 65 yaşüstü insanların təxminən 18 faizi pensiya hüququ qazana bilmədiyi üçün ahıllıq müavinəti, yəni ayda 220 manat alır”.

Globalinfo.az xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

O bildirib ki, bu məbləğ qüvvədə olan minimum pensiyadan 100 manat və ya 32 faiz, orta pensiyadan isə iki dəfə azdır:

“Bölgələr üzrə pensiya hüququ olanların yaşlı əhaliyə nisbəti xeyli fərqlidir. Məsələn, Qubada 65 üstü yaşda əhalinin 33%-i,  Qəbələdə 28%-i,  Hacıqabul və Şəmkirdə 27%-i, Yevlax və Cəlilabadda 26%-i, Ağdaşda 25%-i ahıllıq müavinəti alır. Ən yaxşı vəziyyət Bakının rayonlarındadır. Məsələn, Səbaildə 65 yaşüstü əhalinin cəmi 9%-i ahıllıq müavinəti alır”.

İqtisadçı qeyd edib ki, bu nisbətin pensiya hüququ olanların xeyrinə yüksək olması nisbətən yaşlı, hətta sovet dövründə iş stajı qazanmış nəslin hesabınadır:

“Əgər hazırkı pensiya şərtləri və əmək bazarında qeyri-formal məşğulluğun hazırkı miqyası qalmaqda davam eləsə, yaxın 10 ildə ahıllıq müavinəti alanların payı daha sürətlə artacaq”.

Günel Cəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
globalinfo.az

1Mənbələr